Magazin.az – Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti Magazin.az saytının istifadəçilərdən topladığı məlumatların necə saxlanıldığını, istifadə edildiyini və qorunduğunu izah edir. Biz müştərilərimizin etimadını yüksək qiymətləndirir və şəxsi məlumatların təhlükəsizliyini təmin etməyi öhdəmizə götürürük.
1. Məlumatların toplanması
Biz aşağıdakı məlumatları toplaya bilərik:
• ad və əlaqə məlumatları (telefon, e-poçt);
• sifarişin rəsmiləşdirilməsi zamanı təqdim edilən məlumatlar;
• ödənişlə bağlı məlumatlar (bank kartı məlumatları saxlanılmır);
• saytın daha yaxşı işləməsi üçün cookies vasitəsilə toplanan məlumatlar.
2. Məlumatların istifadəsi
Toplanan məlumatlardan aşağıdakı məqsədlərlə istifadə olunur:
• sifarişlərin qəbulu, emalı və çatdırılması;
• sifarişlə bağlı müştərilərlə əlaqə;
• xidmət keyfiyyətinin və sayt funksionallığının yaxşılaşdırılması;
• istifadəçinin razılığı əsasında kampaniyalar və yeniliklər haqqında məlumat göndərilməsi.
3. Məlumatların qorunması
Biz şəxsi məlumatların icazəsiz girişdən, dəyişdirilməsindən və ya yayılmasından qorunması üçün müasir texniki və təşkilati təhlükəsizlik tədbirlərindən istifadə edirik.
4. Məlumatların üçüncü şəxslərə ötürülməsi
Magazin.az şəxsi məlumatları üçüncü tərəflərə ötürmür, aşağıdakı hallar istisna olmaqla:
• sifarişin yerinə yetirilməsi üçün (məsələn, kuryer xidmətlərinə);
• qanunvericiliyin tələb etdiyi hallar;
• istifadəçinin açıq şəkildə razılıq verdiyi hallar.
5. Cookies
Saytımız istifadə rahatlığını artırmaq üçün cookies fayllarından istifadə edə bilər. İstifadəçi brauzer ayarlarında cookies-i deaktiv edə bilər, lakin bu, saytın işinə təsir göstərə bilər.
6. Siyasətin yenilənməsi
Magazin.az bu siyasəti vaxtı-vaxtında yeniləmək hüququnu özündə saxlayır. Dəyişikliklər saytımızda yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
7. Əlaqə
Şəxsi məlumatların emalı ilə bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: office@magazin.az
Telefon: +994 49 934 40 99